ABŞ-da sərnişin təyyarəsi maralla toqquşub: sərnişinlər təxliyə edilib

ABŞ-da sərnişin təyyarəsi maralla toqquşub: sərnişinlər təxliyə edilib Hadisə nəticəsində yanacaq sızması baş verib
Digər ölkələr
16 Fevral , 2017 00:56
ABŞ-da sərnişin təyyarəsi maralla toqquşub: sərnişinlər təxliyə edilib

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərinin hava limanında sərnişin təyyarəsi havaya qalxarkən maralla toqquşub.

"Report"un məlumatına görə, bu barədə "WJZY" xəbər verib.

Məlumata görə, hadisə zamanı təyyarənin göyərtəsində 44 nəfər olub. Hadisədən sonra təyyarə yenidən hava limanına qayıdıb, sərnişinlər isə təxliyə edilib.

Hava limanının administrasiyası aeroportun uçuş-enmə zolağına bağlayıb. Aeroportun qalan hissəsi isə təyyarələrin üzünə açılıb və fəaliyyət göstərir.

Həmçinin bildirilir ki, hadisə nəticəsində yanacaq sızması baş verib.

Son xəbərlər

Orphus sistemi