Yuxarı

ABŞ-da sərnişin avtobusunun aşması nəticəsində 26 nəfər xəsarət alıb

Qəza zamanı avtobusda 50 nəfər olub

Bakı. 23 may. REPORT.AZ/ABŞ-ın Kaliforniya ştatının Haylend şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, bu haqda ABC telekanalı məlumat yayıb.

Məlumata görə, sərnişin avtobusunun aşması nəticəsində ən azı 26 nəfər xəsarət alıb.

San-Bernardino dairəsi yanğın departamentinin məlumatında bildirilir ki, qəza zamanı avtobusda 50 nəfər olub. 

Yaralıların hamısı xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri haqqında məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi