Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ-da Respublikaçıların Nümayəndələr Palatası və Senata nəzarəti ələ aldığı yeni Konqres öz işinə başlayıb.
"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Konqresin ilk iclası zamanı qanunvericilər Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədlərə səs veriblər. Nəticədə, hazırkı spiker Respublikaçı Con Beyner yenidən bu mühüm vəzifəyə seçilib.
Qeyd edək ki, Respublikaçılar son seçkilərdə Nümayəndələr Palatasında 435 yerdən 246 yeri qazanaraq, son 70 ildə ən böyük üstünlük əldə ediblər. Senatda da 100 yerdən 55-i hazırda Respublikaçı qanunvericilərə məxsusdur.
ABŞ prezidenti Barak Obama isə artıq yeni Konqreslə işləməyə hazır olduğunu bildirərək deyib ki, vergi islahatları və beynəlxalq ticarətə dair müqavilələr daxil olmaqla bir sıra məsələdə kompromisə getməyə hazırdır.