ABŞ-da naməlum şəxs mağazada insanlara atəş açıb, reper "Nipsey Hussle" öldürülüb - FOTO

ABŞ-da naməlum şəxs mağazada insanlara atəş açıb, reper "Nipsey Hussle" öldürülüb - FOTO Amerikalı reper, Nipsey Hussle ləqəbli Ermis Asqedom güllələnib.
Digər ölkələr
1 aprel 2019 02:08
ABŞ-da naməlum şəxs mağazada insanlara atəş açıb, reper Nipsey Hussle öldürülüb - FOTO

Amerikalı reper, "Nipsey Hussle" ləqəbli Ermis Asqedom güllələnib.

"Report" xəbər verir ki, bu barədə TMZ internet-resursu bildirib.

Bildirilir ki, o, Los-Ancelesdə (Kaliforniya ştatı) qətlə yetirilib. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, naməlum şəxs geyim mağazasında insanlara atəş açıb. Hadisə zamanı 3 nəfər, o cümlədən musiqiçi "Nipsey Hussle" yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qatil axtarışa verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar qaradərilidir.

Son xəbərlər

Orphus sistemi