ABŞ-da radioaktiv tullantılar anbarından radiasiya sızır

ABŞ-da radioaktiv tullantılar anbarından radiasiya sızır ABŞ-ın “soyuq müharibə” illərindən qalma radioaktiv tullantı anbarından ölümcül radiasiya sızmağa başlayıb.
Digər ölkələr
27 May , 2019 12:01
ABŞ-da radioaktiv tullantılar anbarından radiasiya sızır

ABŞ-ın “soyuq müharibə” illərindən qalma radioaktiv tullantı anbarından ölümcül radiasiya sızmağa başlayıb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, Sakit Okeanın şimalında yerləşən Marşal adalarından birində, Runit adasında “soyuq müharibə” dövründə sınaqdan çıxarılmış nüvə bombasının tullantıları beton bunkerdə saxlanılır. Onların üzəri 45 sm-lik betonla bağlanıb. Ancaq indi həmin qapaqlardan radiasiya sızmağa başlayıb. ABŞ-ın nüvə bombası sınağı nəticəsində 85 min kubmetrə yaxın torpaq radioaktiv maddə ilə çirklənib. Həmin torpağı 115 metr dərinliyində quyuya dolduraraq üstünü 45 sm-lik betonla örtüblər.

BMT-nin baş katibi Antonio Quttereş bunu “tabut” adlandıraraq sızıntıdan narahat olduğunu bildirib.

1946-1958-ci illərdə ABŞ adada 67 nüvə sınağı keçirib. Marşal adası parlamentinin üzvü Cek Adinq sınaqdan sonra əmələ gələn radioaktiv tullantıların yığıldığı yerin qapağından sızan radiasiyanı “canavarlıq” adlandırıb.

Son xəbərlər

Orphus sistemi