ABŞ-da qripdən ölən uşaqların sayı 53 nəfərə çatıb

ABŞ-da qripdən ölən uşaqların sayı 53 nəfərə çatıb Xəstəliklərə yoluxma faktları Puerto-Riko və Quam adasında da qeydə alınıb
Digər ölkələr
3 Fevral , 2018 06:23
ABŞ-da qripdən ölən uşaqların sayı 53 nəfərə çatıb

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-da qrip epidemiyasından ölən uşaqların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq üzrə Mərkəzə istinadən yayılan məlumatda bildirilir ki, artıq 53 uşaq qripdən ölüb.

Bundan əlavə, epidemiya bütün ştatlara yayılıb. Xəstəliklərə yoluxma faktları Puerto-Riko və Quam adasında da qeydə alınıb.

Xatırladaq ki, 37 ölüm hadisəsinin olduğu xəbər verilirdi.

Son xəbərlər

Orphus sistemi