ABŞ-da qrip epidemiyasına görə məktəblərdə dərslər ləğv edilir

ABŞ-da qrip epidemiyasına görə məktəblərdə dərslər ləğv edilir Qripdən artıq 37 uşaq dünyasını dəyişib
Digər ölkələr
28 Yanvar , 2018 19:58
ABŞ-da qrip epidemiyasına görə məktəblərdə dərslər ləğv edilir

Bakı. 28 yanvar. REPORT.AZ/ Amerikanın 11 ştatında bütün ölkəni əhatə edən qrip epidemiyası səbəbindən məktəblərdə dərslər ləğv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Dərslər Aydaho, Alabama, İllinoys, Kentukki, Miçiqan, Missuri, Oklahoma, Şimali Karolina, Tennessi, Texas və Florida ştatlarının məktəblərində ləğv edilib. Dərslərin nə zaman bərpa olunacağı müəyyən edilməyib, çünki bu, ölkədəki epidemioloji vəziyyətdən asılıdır.

Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzlərin rəhbəri Brend Fitsceraldın məlumatına görə, artıq 37 uşaq qripdən dünyasını dəyişib.

Ekspertlər hesab edirlər ki, epidemiyanın qarşısı alınana qədər ölənlərin sayı arta bilər. Bütövlükdə ölkə üzrə qriplə bağlı xəstəliklər 50 mindən çox insanın həyatı bahasına başa gələ bilər.

Bu il mövsümü ştamm daha çox yayılmış H3N2 olub.

Son xəbərlər

Orphus sistemi