Yuxarı

​ABŞ-da qonaqlıqdakı atışma nəticəsində 7 nəfər yaralanıb

Yaralılardan ikisi uşaqdır

Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində qonaqlıqda baş verən atışma nəticəsində 2-si uşaq olmaqla 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "NBC10" telekanalı məlumat yayıb.

Uşaqlardan biri 2, digəri isə 10 yaşındadır.

Şahidlər deyib ki, naməlum şəxs küçədə adamlara atəş açıb.

"Görünür, o qarşısına çıxan hər kəsə atəş açırmış", - məlumatda bildirilib.

Hadisə nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi