ABŞ-da qocalar evində atışma olub, ölən və yaralananlar var

ABŞ-da qocalar evində atışma olub, ölən və yaralananlar var ABŞ-da qocalar evində atışma olub.
Digər ölkələr
19 Dekabr , 2019 23:09
ABŞ-da qocalar evində atışma olub, ölən və yaralananlar var

ABŞ-da qocalar evində atışma olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "The New York Times" qəzeti bildirib. 

Qeyd edilir ki, hadisə Rod-Aylend ştatında, Uesterli şəhərindəki qocalar evində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb.

Şəhər polisinin məlumatına görə, atəş hadisə qocalar üçün nəzərdə tutulmuş üçmərtəbəli yaşayış kompleksinin ərazisində açılıb. Rod Aylenda Polis İdarəsinin rəisi, polkovnik Ceyms Menni bildirib ki, hadisəni törədən şəxs qaçaraq gizlənib. Onun axtarışları hələ nəticə verməyib.

Hadisə ilə bağlı Uesterlidəki bütün məktəblər bağlanılıb.

Son xəbərlər

Orphus sistemi