ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb

ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb Hərbi prokurorluq hadisənin araşdırılmasına başlayıb
Digər ölkələr
21 Noyabr , 2017 10:04
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatında "Laughlin" aviabazasının yaxınlığında Birləşmiş Ştatlar istehsalı olan "T-38 Talon" ikiyerlik səsdən sürətli qırıcı təyyarə qəzaya uğrayıb. 

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisə Del Rio şəhərində baş verib.

Qəza nəticəsində pilotlardan biri ölüb, digəri isə "Val Verde" tibb mərkəzinə yerləşdirilib.

Hərbi Prokurorluq hadisənin araşdırılmasına başlayıb.

Son xəbərlər

Orphus sistemi