ABŞ-da qatarların toqquşması nəticəsində 2 nəfər ölüb, 116 nəfər xəsarət alıb - YENİLƏNİB

ABŞ-da qatarların toqquşması nəticəsində 2 nəfər ölüb, 116 nəfər xəsarət alıb - YENİLƏNİB Hadisə zamanı "Amtrak" şirkətinin 2 əməkdaşı ölüb
Digər ölkələr
4 Fevral , 2018 20:00
ABŞ-da qatarların toqquşması nəticəsində 2 nəfər ölüb, 116 nəfər xəsarət alıb - YENİLƏNİB
Foto: "Gochicago.ru"

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində xəsarət alanların sayı 116 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə istinadən məlumat yayıb.

O, bildirib ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır. 

Makmasterin sözlərinə görə, hadisə zamanı "Amtrak" şirkətinin 2 əməkdaşı ölüb.  

Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.


***18:24

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 70 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı Leksinqton dairəsi şerifinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.

"CNN" telekanalı isə hadisə zamanı 2 nəfərin öldüyünü xəbər verib. Qəzanın təhqiqatı Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura tərəfindən aparılacaq.

Qeyd edək ki, ilkin məlumatda qəza zamanı 50 nəfərin xəsarət aldığı bildirilib. 

Son xəbərlər

Orphus sistemi