ABŞ-da qatar relsdən çıxıb, 44 vaqon bir-birinə qarışıb

ABŞ-da qatar relsdən çıxıb, 44 vaqon bir-birinə qarışıb Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib
Digər ölkələr
102
4 Mart , 2021 13:56
ABŞ-da qatar relsdən çıxıb, 44 vaqon bir-birinə qarışıb

ABŞ-ın Kaliforniya ştatının Ludlou şəhərində yük qatarının relsdən çıxması nəticəsində 44 vaqon bir-birinə qarışıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə ştatın çöl ərazisində olub.

Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib.

San-Bernardino rayonu yanğınsöndürmə idarəsindən yayılan açıqlamaya əsasən, etil spirti daşıyan vaqonlardan birində sızıntı meydana çıxıb. Qəza nəticəsində ölən və yaralanan yoxdur.

Hadisə ilə bağlı istintaq başlayıb.

Son xəbərlər

Orphus sistemi