Yuxarı

​ABŞ-da qatar qəzası nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb

Qəza Nyu-Yorkda qatarın iki avtomobil ilə toqquşması nəticəsində baş verib

Bakı. 4 fevral. REPORT.AZ/ Nyu-Yorkda qatarın iki avtomobil ilə toqquşması nəticəsində 6 nəfər həlak olub.

"Report" "Usa Today"a istinadən xəbər verir ki, hadisə zamanı daha 12 nəfər xəsarət alıb.

Qəza Nyu-Yorkda Valqalla adlanan yerdə, "Metro-North" dəmiryolu xəttində baş verib.

Məlumata görə, avtomobillərdən biri, "Jeep Cherokee", relslərin üzərində, qatarın yolunda dayanıb. Toqquşma nəticəsində qatar və maşınlar yanmğa başlayıb.

Ölənlərin beş nəfəri qatar sərnişini, bir nəfər isə maşınlardan birinin sükanı arxasında olan qadındır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi