ABŞ-da qasırğa zamanı fabrikin uçması nəticəsində 8 nəfər həlak olub

ABŞ-da qasırğa zamanı fabrikin uçması nəticəsində 8 nəfər həlak olub ABŞ-ın Kentukki ştatının Mayfild şəhərində şam fabrikinin qasırğa zamanı çökməsi nəticəsində 8 nəfər ölüb, bu qədər sayda da insan itkin düşüb.
Digər ölkələr
13 Dekabr , 2021 08:56
ABŞ-da qasırğa zamanı fabrikin uçması nəticəsində 8 nəfər həlak olub

ABŞ-ın Kentukki ştatının Mayfild şəhərində şam fabrikinin qasırğa zamanı çökməsi nəticəsində 8 nəfər ölüb, bu qədər sayda da insan itkin düşüb.

“Report”un xəbərinə görə, bu barədə “Reuters” agentliyi şirkətin nümayəndəsi - müəssisənin operatoru Bob Ferqyusona istinadən məlumat yayıb.

İlkin məlumata görə, fəlakət zamanı istehsalat ərazisində 110-a yaxın işçi olub. "Fabrikdə 70 nəfərin ölə biləcəyi ilə bağlı ilkin məlumatlar var idi. Bu, həddən artıq çoxdur. Şükür ki, rəqəmlər daha azdır", - Ferqyuson deyib: “Biz hələ də itkin düşən səkkiz nəfərdən birini tapa biləcəyimizə ümid edirik ".

Daha əvvəl Kentukki qubernatoru Endi Beşir ştatda dağıdıcı qasırğa nəticəsində 80-dən çox insanın öldüyünü və onların sayının 100-ü keçə biləcəyini bildirib.

ABŞ-ın bir sıra ştatlarında qasırğa qurbanlarının ümumi sayı 90 nəfəri ötüb.

Son xəbərlər

Orphus sistemi