Yuxarı
    Bağlamaq

    ABŞ-da qasırğa səbəbiylə təxminən 1600 aviareys ləğv edilib

    American Airlines uçuşları oktyabrın 7-də bərpa etmək niyyətindədir

    Bakı. 6 oktyabr. REPORT.AZ/ "American Airlines" aviaşirkəti ABŞ-da təxminən 1600 aviareysi ləğv edib.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkət bu addımı "Metyu" qasırğası səbəbilə fırtına xəbərdarlığının elan olunmasına görə atıb.

    "American Airlines" şirkətindən bildiriblər ki, uçuşların ləğvi oktyabrın 6-dan tətbiq edilir və Mayami Beynəlxalq Hava Limanına, Fort Loderdeyl - Hollivud aeroportuna və Palm Biç hava limanına şamil edilir.

    Şirkət uçuşları oktyabrın 7-də bərpa etmək niyyətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi