ABŞ-da qasırğa səbəbindən 800-dən çox aviareys ləğv olunub

ABŞ-da qasırğa səbəbindən 800-dən çox aviareys ləğv olunub Bakı. 12 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatların şərqində Maykl qasırğası səbəbindən hava limanlarında 800-dən çox aviareys ləğv olunub.
Digər ölkələr
12 Oktyabr , 2018 06:41
ABŞ-da qasırğa səbəbindən 800-dən çox aviareys ləğv olunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatların şərqində "Maykl" qasırğası səbəbindən hava limanlarında 800-dən çox aviareys ləğv olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mülki təyyarələrin hərəkət trayektoriyasını izləyən "FlightAware" saytı məlumat yayıb.

Aviaportalın xəbərinə görə, Şimali Karolina ştatındakı Şarlott Duqlas beynəlxalq aeroportunda 300-dən çox reys ləğv olunub. Ən azı 80 aviareys isə Şimali Karolina ştatının Roli-Darem beynəlxalq aeroportunda, həmçinin onlarla reys Cənubi Karolina və Corciya ştatlarının hava lmanlarında ləğv olunub.

Hava şəraitinin pis olması ilə əlaqədar 2,4 mindən çox reys gecikir.

CNBC telekanalının məlumatına görə, "Maykl" qasırğası aeroportların işinə əhəmiyyətli dərəcədə ziyan vurmayıb və onların əksəriyyəti ştat rejimində fəaliyyət göstərir.

Bundan əvvəl Florida hakimiyyəti qasırğa ilə əlaqədar olaraq ən azı 500 min sakinə öz evlərini tərk etməyi tövsiyə etmişdi.

Son xəbərlər

Orphus sistemi