ABŞ-da qasırğa səbəbindən 500 min insana təxliyyə olunmaq tövsiyə edilib - YENİLƏNİB

ABŞ-da qasırğa səbəbindən 500 min insana təxliyyə olunmaq tövsiyə edilib - YENİLƏNİB Bakı. 10 oktyabr. REPORT.AZ/ Florida rəhbərliyi azı 500 min sakinə yarımadaya yaxınlaşan Maykl qasırğası ilə əlaqədar evlərini tərk etməyini tövsiyə edib.
Digər ölkələr
113
10 Oktyabr , 2018 17:03
ABŞ-da qasırğa səbəbindən 500 min insana təxliyyə olunmaq tövsiyə edilib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Florida rəhbərliyi azı 500 min sakinə yarımadaya yaxınlaşan "Maykl" qasırğası ilə əlaqədar evlərini tərk etməyini tövsiyə edib.

Bu barədə "Report" "Reuters"ə istinadən məlumat verir.

Dünən Meksika körfəzi sahillərində yerləşən şirkətlər yaxınlaşan qasırğa səbəbindən neft və qaz hasilatını uyğun olaraq 40% və 28% azaltmağa dair qərar veriblər.

"Bloomberg"in məlumatına görə, "Maykl" qasırğası, güman ki, son 14 ildə ABŞ sahillərinə çatan ən güclü qasırğa olacaq. Potensial zərər 16 milyard dollar dəyərində qiymətləndirilir.


***11:19

"Maykl" qasırğasının yaxınlaşması ilə əlaqədar ABŞ-ın Florida ştatında təxliyyə işlərinə başlanılıb, 140 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Tindall" aviabazası boşaldılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yerli mağazalarda rəflər demək olar, boş qalıb, qasırğa vaxtı yalnız evdə olmağı planlaşdıranlar hər şeyi alıblar.

"Maykl" qasırğası artıq 5 mümkün dərəcədən 4-cü kateqoriyaya aid edilir.

Qasırğa zonasında küləyin maksimum sürəti saniyədə 54 metrdir. İndi "Maykl" Meksika körfəzindədir və Florida istiqamətində hərəkət edir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Florida ştatında, həmçinin Corciya və Alabamada fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi