ABŞ-da qasırğa nəticəsində 8 nəfər ölüb

ABŞ-da qasırğa nəticəsində 8 nəfər ölüb ABŞ-ın cənub ştatlarında qasırğa və güclü fırtına nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Digər ölkələr
15 Aprel , 2019 06:45
ABŞ-da qasırğa nəticəsində 8 nəfər ölüb

ABŞ-ın cənub ştatlarında qasırğa və güclü fırtına nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.

Daha əvvəl Texas ştatında təbii fəlakət nəticəsində iki uşağın öldüyü xəbər verilmişdi.

Qəzetin yazdığına görə, qasırğanın əsas hissəsi Texas, Luiziana, Missisipi və Alabama ştatları ərazisindən keçib. Onlarla şəxsin zərər çəkdiyi bildirilir.

Texasın şəhərlərindən birində azı 25 nəfər xəsarət alıb ki, onlardan da, 8 nəfəri kritik vəziyyətdədir. Daha 19 nəfər Missisipidə xəsarət alıb.

Təqribən 100 ev və kommersiya binası elektrik enerjisiz qalıb, bir neçə nəfər itkin düşmüş hesab olunur.

Son xəbərlər

Orphus sistemi