ABŞ-da qasırğa nəticəsində 34 nəfər həlak olub

ABŞ-da qasırğa nəticəsində 34 nəfər həlak olub Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-da Florens qasırğası zamanı ölənlərin sayı 34 nəfərə çatıb.
Digər ölkələr
19 Sentyabr , 2018 01:58
ABŞ-da qasırğa nəticəsində 34 nəfər həlak olub

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-da "Florens" qasırğası zamanı ölənlərin sayı 34 nəfərə çatıb.

Bu barədə "Report" ABC11-ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı ən çox insan ölümü Şimali Karolinada qeydə alınıb. Burada 26 nəfər qasırğanın qurbanı olub.

"Florens" qasırğası artıq bir neçə gündür ABŞ-ın şərq sahillərində tüğyan edir. Ölkənin milyondan çox sakini elektrik enerjisindən məhrum olub. Təbii hadisənin zərər vurduğu on minlərlə insan daşqınlar və tufan səbəbindən səbəbindən evlərinə qayıda bilməyiblər.

Təbii hadisədən zərər çəkənlərə yardım edilməsində xilasedicilərin gücü tam çatmadığından prosesə könüllülər də qoşulub. 

Son xəbərlər

Orphus sistemi