ABŞ-ın Sent-Luis şəhərində qaradərililərin öldürülməsinin əleyhinə çıxan 13 fəal həbs edilib

ABŞ-ın Sent-Luis şəhərində qaradərililərin öldürülməsinin əleyhinə çıxan 13 fəal həbs edilib Etiraz aksiyası insidentsiz ötüşüb
Digər ölkələr
16 Sentyabr , 2017 06:02
ABŞ-ın Sent-Luis şəhərində qaradərililərin öldürülməsinin əleyhinə çıxan 13 fəal həbs edilib
Courtesy image

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində məhkəmənin keçmiş polis əməkdaşı Ceyson Stoklinin qaradərili Entoni Lamar Smiti 2011-ci ildə güllələməsində təqsirsiz elan etməsi əleyhinə keçirilən etiraz aksiyasında 13 nəfər həbs edilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, aksiya insidentsiz ötüşüb. 

Xatırladaq ki, 2011-ci ilin dekabrında Stokli və onun həmkarı qaradərili Smiti narkotiklərin yayılmasında şübhəli bilərək saxlamağa cəhd göstəriblər.

Avtomobil təqibindən sonra Stokli avtomobildən düşərək gizlənməyə çalışan afroamerikalı Smitə 5 dəfə atəş açıb. Qaradərili aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisədən sonra Stoklini kifayət qədər məlumat toplamayıb atəş açmaqda və Smiti güllələməyə tələsməkdə ittiham ediblər.

Son xəbərlər

Orphus sistemi