ABŞ-da "qara cümə" günündə 2 nəfər ölüb, azı 4 nəfər yaralanıb

ABŞ-da "qara cümə" günündə 2 nəfər ölüb, azı 4 nəfər yaralanıb "Qara cümə" günü adlandırılan gündə azı 4 insident baş verib
Digər ölkələr
26 Noyabr , 2016 04:23
ABŞ-da qara cümə günündə 2 nəfər ölüb, azı 4 nəfər yaralanıb

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ-ın bir neçə ştatında baş vermiş atışmalarda 2 nəfər ölüb, azı 4 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "New York Daily News" qəzetinin elektron versiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, "qara cümə" günü adlandırılan gündə ən azı 4 insident baş verib. Nyu Cersi ştatında, "Macy's" univermağı yaxınlığında baş vermiş atışmada 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Naməlum şəxs 20 yaşlı yerli sakinə və onun 26 yaşlı böyük qardaşına atəş açıb. Nəticədə ilk güllə zərbəsi almış gənc ölüb, onun qardaşı isə xəstəxanaya yerləşdirilib.

Nevada ştatının Reno şəhərində marketə gələnlərdən biri mağazanın qarşısında digər alıcı tərəfindən güllələnib. Hadisəni törətmiş şəxs ərazidən qaçmağa müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi