ABŞ-da qar tufanı nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da qar tufanı nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB Onların əksəriyyəti yol qəzalarının qurbanı olublar
Digər ölkələr
24 Yanvar , 2016 08:09
ABŞ-da qar tufanı nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

İlk xəbər 03:44-də dərc olunub

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın Şərq sahillərində tüğyan edən “Conas” qar fırtınası nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 17 nəfərə çatıb.

“Report” xəbər verir ki, onların əksəriyyəti sürüşmə və güclü qar səbəbindən baş verən yol qəzalarının qurbanı olublar.

Hazırda ABŞ-ın 10 ştatında fövqəladə vəziyyət elan olunub.

ABŞ-ın iri şəhərləri, eləcə də, Nyu-York və Vaşinqton, həmçinin Şərq sahilində hava limanları qar tufanı səbəbindən faktiki olaraq iflic vəziyyətinə düşüb. Təqribən 10 min reys təxirə salınıb. 200 mindən çox insan işıqsız qalıb.

ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, “Conas” qar fırtınası potensial olaraq 50 milyona yaxın insana toxuna və 1 milyard dollar məbləğində ziyan vura bilər.  Meteoroloqların proqnozlarına görə, yanvarın 22-dən başlayan qar çovğunu ən azı bazar gününə qədər davam edəcək. 

Son xəbərlər

Orphus sistemi