ABŞ-da qar çovğunu qurbanlarının sayı 48 nəfərə çatıb

ABŞ-da qar çovğunu qurbanlarının sayı 48 nəfərə çatıb İnsan itkiləri ən çox Virciniya və Pensilvaniya ştatlarında qeydə alınıb
Digər ölkələr
26 Yanvar , 2016 21:33
ABŞ-da qar çovğunu qurbanlarının sayı 48 nəfərə çatıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlarda güclü qarın yağması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bütün ölüm halları yol qəzaları, dəm qazından zəhərlənmə, həmçinin qarın təmizlənməsi zamanı infarkt vurması nəticəsində baş verib.

İnsan itkiləri ən çox Virciniya və Pensilvaniya ştatlarında qeydə alınıb. Ölkə iqtisadiyyatına dəyən ziyanın həcmi 3 milyard dollara çatıb.

Son xəbərlər

Orphus sistemi