ABŞ-da qanunsuz mühacirlərlə bağlı mübahisələr artır

ABŞ-da qanunsuz mühacirlərlə bağlı mübahisələr artır ABŞ-da 11 milyona yaxın qanunsuz mühacirin yaşadığını təxmin edilir
Digər ölkələr
23 Avqust , 2015 21:12
ABŞ-da qanunsuz mühacirlərlə bağlı mübahisələr artır

Bakı. 23 avqust. REPORT.AZ/ Biznesmen və prezidentliyə Respublikaçı namizəd Donald Tramp ABŞ-ın mühacirət islahatları ilə bağlı son bəyanatlarında deyib ki, ABŞ-da yaşayan qanunsuz mühacirlərin Amerikada doğulan uşaqlarına vətəndaşlıq verilməməlidir.

"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, Tramp, həmçinin qeyd edib ki, Meksika və Birləşmiş Ştatlar arasında divar inşa edilməlidir.

Müstəqil "Pew" araşdırmalar mərkəzi ABŞ-da 11 milyona yaxın qanunsuz mühacirin yaşadığını təxmin edir.

Onların yarısından çoxu Meksika, 25 faizi digər Mərkəzi Amerika ölkələrindən gəlib. Qanunsuz mühacirlər və təbliğat qrupları vizaları olmayanların ölkədə qalmalarına icazə verilməsinin tərəfdarıdır.

ABŞ-ın 32 ştatında 276 şəhər mövcuddur ki, orada polisin insanları immiqrasiya stasusunu yoxlamaq məqsədilə saxlayıb sorğulamasına icazə verilmir

Son xəbərlər

Orphus sistemi