ABŞ-da qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb - FOTO

ABŞ-da qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb - FOTO Bakı. 25 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında, Qleyndeldə qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb.
Digər ölkələr
25 Mart , 2018 07:53
ABŞ-da qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb - FOTO

Bakı. 25 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında, Qleyndeldə qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Qleyndel polisi bildirib.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarına iki nəfərin narkotik tərkibli dərman satması barədə zəng daxil olub. Bundan sonra asayiş keşikçiləri Cofri Daftyan və Boris Mxitaryanı izləməyə başlayıblar.

Qadağan olunmuş dərmanların satışı zamanı polis 3 nəfəri yaxalayıb. Onlardan 400 dollar nagd pul və 100 şüşə "Alprazolam" müsadirə edilərək götürülüb.

Asayiş keşikçiləri həmçinin Daftyanın qarajında da axtarış aparıblar. Axtarış zamanı narkotik vasitələr, nagd pullar və böyük miqdarda "Alprazolam" aşkarlanıb.

Mxitaryan və Daftyan Qleyndel şəhər həbsxanasına aparılıblar. 

Son xəbərlər

Orphus sistemi