ABŞ-da prezidentliyə namizədlərlə bağlı rəy sorğusu keçirilib

ABŞ-da prezidentliyə namizədlərlə bağlı rəy sorğusu keçirilib Hər iki partiya ilk prezidentliyə namizədlik nominasiyaları fevral ayında Ayova və Nyu Hempşir ştatlarında keçirəcək
Digər ölkələr
6 Noyabr , 2015 07:02
ABŞ-da prezidentliyə namizədlərlə bağlı rəy sorğusu keçirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-da keçirilən son ictimai rəy sorğusu göstərir ki, milyarder Donald Trump ilə təqaüddə olan cərrah Ben Karson 2016-ci ildə keçiriləcək prezident seçkilərində eyni populyarlığa sahibdirlər. "Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Quinnipiak Universiteti tərəfindən keçirilən rəy sorğusunun nəticəsinə görə, Respublikaçılar arasında 24 faiz səs toplayan Trump, Karsondan sadəcə bir faiz irəlidədir.

Rəy sorğularında Florida ştatının senatoru Marko Rubio 14 faiz səslə 3-cü yeri tutub.

Demokratlar arasında keçirilən rəy sorğularında isə sabiq dövlət katibi Hillari Klinton 53 faiz səslə 35 faiz səs toplayan senator Berni Sandersi keçib.

Hər iki partiya ilk prezidentliyə namizədlik nominasiyaları fevral ayında Ayova və Nyu Hempşir ştatlarında keçirəcək.

Son xəbərlər

Orphus sistemi