ABŞ-da prezident seçkisi ilə bağlı ilk seçki məntəqəsi açılıb

ABŞ-da prezident seçkisi ilə bağlı ilk seçki məntəqəsi açılıb Beş yerli seçicinin hamısı Baydenə səs verib.
Digər ölkələr
3 Noyabr , 2020 13:14
ABŞ-da prezident seçkisi ilə bağlı ilk seçki məntəqəsi açılıb

ABŞ-da ümumi seçkilərin əsas günü başlayıb.

“Report” DW-yə istinadən xəbər verir ki, ölkə vətəndaşları prezidenti və vitse-prezidenti, Nümayəndələr Palatasının 435 üzvünü, 35 Senat üzvünü, eləcə də bir sıra ştatların və bölgələrin, habelə yerli hakimiyyət orqanlarının rəhbərlərini seçəcəklər.

Prezident postu uğrunda ABŞ administrasiyasının hazırkı başçısı, 74 yaşlı Respublikaçı Donald Tramp və noyabrın 20-də 78 yaşı tamam olacaq Demokratlar Partiyasının namizədi Cozef Bayden mübarizə aparır.

Seçki ilə bağlı ilk məntəqə yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə səhər saat 09:00) Nyu Hempşir ştatının Diksvill Notç qəsəbəsində açılıb. Beş yerli seçicinin hamısı Baydenə səs verib.

Son xəbərlər

Orphus sistemi