ABŞ-da polis əməkdaşı silahsız afroamerikalını güllələdi

ABŞ-da polis əməkdaşı silahsız afroamerikalını güllələdi ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis əməkdaşı əlində mobil telefon olan silahsız afroamerikalını güllələyib.
Digər ölkələr
25 Dekabr , 2020 03:31
ABŞ-da polis əməkdaşı silahsız afroamerikalını güllələdi
0 : 00
0 : 00

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis əməkdaşı əlində mobil telefon olan silahsız afroamerikalını güllələyib.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.

Məlumata görə, polis əməkdaşı Adam Koy çağırış üzrə yaşayış evinə gəlib. Polisə zəng etmiş şəxs avtomobilin mühərrikinin işindən yaranan səs-küydən şikayət edib. Koy evlərdən birində qarajın yanında ona yaxınlaşan afroamerikalını görüb. Afroamerikalı sol əlində mobil telefonu tutub.

Polis əməkdaşının məhz hansı səbəbdən ona atəş açması hələ açıqlanmır. Yaralı Andre Moris Xill aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı onun üstündə silah olmayıb. Məlum olub ki, afroamerikalı həmin vaxt yaxınlıqdakı evə dəvət edilib.

Son xəbərlər

Orphus sistemi