ABŞ-da polis reanimasiyada olan xəstəni güllələyib

ABŞ-da polis reanimasiyada olan xəstəni güllələyib ABŞ-ın Şimali Karolina ştatında polis əvvəllər saxlanılan və xəstəxananın reanimasiya şöbəsində olan şəxsi güllələyib.
Digər ölkələr
166
16 Yanvar , 2022 07:54
ABŞ-da polis reanimasiyada olan xəstəni güllələyib

ABŞ-ın Şimali Karolina ştatında polis xəstəxananın reanimasiya şöbəsində müalicə alan şəxsi güllələyib.

Bu barədə “Report” “ABC News” istinadən xəbər verir.

Kanalın məlumatına görə, kişi Durham polisinin nəzarətində olub və Dyuk universitetinin xəstəxanasında müalicə olunurmuş. Lakin saxlanılan şəxs polis əməkdaşına hücum edərək onun silahını götürüb.

Polis isə öz növbəsində üzərində olan digər tapança ilə saxlanılan şəxsi güllələyib. Xəstəxananın tibb işçiləri kişiyə tibbi yardım göstərsələr də, o, dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi