ABŞ-da polis maşını qadının üzərinə çıxıb - VİDEO

ABŞ-da polis maşını qadının üzərinə çıxıb - VİDEO Hadisə Nyu-Meksiko ştatında baş verib
Digər ölkələr
8 Sentyabr , 2017 23:59
ABŞ-da polis maşını qadının üzərinə çıxıb - VİDEO

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-Meksiko ştatında polis əməkdaşları dairədə məşhur olan avtomobil oğrusunu tutub.

"Report" "worldstarhiphop.com" portalına istinadən xəbər verir ki, iyunun 20-də baş vermiş insidentin videosu internetdə dərc olunub.

Portalın məlumatına görə, polis təqib zamanı oğrunu dayanmağa məcbur edib. Ardınca avtomobildən cani ilə yanaşı onun iki qadın sərnişini aşağı endirilib. Polis qadınlardan birini qoluna qandal taxmaq üçün dərhal yerə uzadıb. Lakin bu zaman "neytral" vəziyyətdə olan polis maşını hərəkət edib və qadının üzərinə çıxıb.

Məlumata görə, asayiş keşikçiləri operativ şəkildə qızı avtomobilin altından çıxardıblar və xəstəxanaya göndəriblər. Onun ciddi zədə almadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi