Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-da iki polis əməkdaşı güllələnib.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı yerli hakimiyyət orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Ohayo ştatında, Uestervil şəhərində baş verib. Hadisənin başvermə şəraiti hələlik müəyyənləşdirilməyib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs həbs edilib.