ABŞ-da partlayış olub, 23 nəfər yaralanıb

ABŞ-da partlayış olub, 23 nəfər yaralanıb ABŞ-ın Merilend ştatının Baltimor şəhərində çoxmərtəbəli ofis binasında baş verən partlayış zamanı 23 nəfər xəsarət alıb.
Digər ölkələr
24 Dekabr , 2020 04:23
ABŞ-da partlayış olub, 23 nəfər yaralanıb

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində çoxmərtəbəli ofis binasında baş verən partlayış zamanı 23 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə xidməti sosial şəbəkədəki hesabında xəbər verib.

"Partlayış yerində ümumilikdə 23 zərərçəkmiş xilas edilib. 21 zərərçəkmiş yerli xəstəxanalara çatdırılıb, 2 nəfər (xəstəxanaya yerləşdirilməkdən-red) imtina edib", - xidmətin tvitterdəki xəbərində deyilir.

Qeyd edilir ki, partlayışın başvermə səbəbinin müəyyənləşdirilməsi işi davam edir.

Daha əvvəl bildirilirdi ki, Baltimorda çoxmərtəbəli ofis binasında partlayış və damın qismən dağılması nəticəsində on nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi