ABŞ-da partlayış törətməyi planlaşdıran tələbə saxlanılıb

ABŞ-da partlayış törətməyi planlaşdıran tələbə saxlanılıb Şübhəli gənc hazırda həbsdədir
Digər ölkələr
23 Noyabr , 2017 08:19
ABŞ-da partlayış törətməyi planlaşdıran tələbə saxlanılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ-ın Arkanzas ştatının Saylom-Sprinqs şəhər polisi Corc Braun adına universitetdə partlayış törətməyə hazırlıqda şübhəli bilinən 20 yaşlı tələbə Timati Konstantini saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilir ki, gənc hüquq-mühafizə orqanlarıının əməkdaşlarına kiçik partlayıcı qurğuları yığdığını etiraf edib. Polisin məlumatına görə, tələbə pirotexnikadan və döyüş sursatlarından çıxarılmış kiçik borulardan, barıtdan istifadə edib.

Konstantin həmçinin tələbə yataqxanasında məktub da qoyub. Məktubda qeyd edilir ki, o, çoxsaylı insan tələfatına səbəb olacaq hücumu reallaşdırmaq istəyir.

Polis axtarışlar zamanı otaqda odlu silah, o cümlədən "AK-74" avtomatı, həmçinin döyüş sursatı tapıb.

Şübhəli gənc hazırda həbsdədir.

Son xəbərlər

Orphus sistemi