ABŞ-da partlayış nəticəsində təqribən 30 nəfər xəsarət alıb

ABŞ-da partlayış nəticəsində təqribən 30 nəfər xəsarət alıb Qaz partlayışı Vaşinqton ətrafında yerləşən Silver-Sprinqdə baş verib
Digər ölkələr
11 Avqust , 2016 17:38
ABŞ-da partlayış nəticəsində təqribən 30 nəfər xəsarət alıb

Bakı. 11 avqust. REPORT.AZ/ ABŞ paytaxtı Vaşinqton ətrafında yerləşən Silver-Sprinqdə (Merilend ştatı) təbi qaz partlayışı baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, nəticədə təqribən 30 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

Xəsarət alanlar arasında 3 yanğınsöndürən də var. Həkimlərin sözlərinə görə, xəsarət alanlar əsasən yanıq xəsarətləri alıblar və bədənlərində müəyyən sınıqlar var. Belə ki, yanğın zamanı sakinlər özlərini pəncərədən bayıra atıblar.

Yanğınsöndürmə xidmətinin nümayəndəsi alovun söndürülməsi prosesində 160-dan çox əməkdaşın iştirak etdiyini bildirib. 

Həmçinin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Hadisə nəticəsində 60-100 nəfər sığınacaqsız qalıb və onlar müvəqqəti olaraq yerli kitabxananın binasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi