ABŞ-da partlayıcı maddə daşıyan qatardan 227 kiloqram pirotexniki vasitə oğurlanıb

ABŞ-da partlayıcı maddə daşıyan qatardan 227 kiloqram pirotexniki vasitə oğurlanıb 220 kiloqramdan çox partlayıcı maddə oğurlanıb
Digər ölkələr
23 Aprel , 2016 02:54
ABŞ-da partlayıcı maddə daşıyan qatardan 227 kiloqram pirotexniki vasitə oğurlanıb

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-da naməlum şəxslər partlayıcı maddə daşıyan qatarı soyublar. "Report" "CBS" telekanalına istinadən xəbər verir ki, hadisə Çikaqodan Ohayoya gedən qatarda baş verib.

Naməlum şəxslər qatardan 227 kiloqram partlayıcı maddə oğurlayıblar. Hüquq-mühafizə orqanları cinayətkarların axtarışına başlayıb.

Oğurluq hadisəsinin baş verməsi yalnız son stansiyada aşkar edilib. Məlum olub ki, vaqondakı partlayıcı maddənin yarısı - 32 kiloqram porotexniki vasitə oğurlanıb.

Hüquq-mühafizə orqanları qatarın keçdiyi 3 ştatda cinayətkarların axtarışına başlayıblar. 

Hələlik faktla bağlı saxlanılan yoxdur. 

Son xəbərlər

Orphus sistemi