ABŞ-da parkda atışma olub, ölənlər var

ABŞ-da parkda atışma olub, ölənlər var ABŞ-ın Ayova ştatının Makoket parkında atışma baş verib.
Digər ölkələr
22 İyul , 2022 23:29
ABŞ-da parkda atışma olub, ölənlər var

ABŞ-ın Ayova ştatının Makoket parkında atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən ABC News məlumat yayıb.

Hadisə yerindən 3 nəfərin meyiti tapılıb. Polis parkda araşdırma apararkən özünü güllələdiyi iddia edilən şübhəlinin meyitini tapıb.

Parkın ərazisində yerləşən uşaq çadır şəhərciyi boşaldılıb. Hələlik Makoket parkı bağlı qalır, lakin insanlar üçün artıq təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi