ABŞ-da koronavirus qurbanlarının sayı 12 mini ötdü - YENİLƏNİB

ABŞ-da koronavirus qurbanlarının sayı 12 mini ötdü - YENİLƏNİB ABŞ-da koronavirus qurbanlarının sayı artıb.
Digər ölkələr
7 Aprel , 2020 23:27
ABŞ-da koronavirus qurbanlarının sayı 12 mini ötdü - YENİLƏNİB

ABŞ-da koronavirus qurbanlarının sayı artıb.

“Report” xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 12 min 21 nəfər təşkil edir.

Ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının sayı 383 min nəfərə çatıb, virusa yoluxmuş 20 min xəstə sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, dünyada artıq demək olar ki, virusa yoluxma ilə bağlı 1,28 milyon hal qeydə alınıb, 72 mindən çox insan pandemiyanın qurbanı olub.


***18:37

ABŞ-da son sutkada daha 1 339 nəfər pandemiyanın qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 993 nəfərə çatıb.

Bundan başqa, ABŞ-da son bir gündə infeksiya daşıyıcılarının sayı daha 30 478 nəfər artaraq 368 449-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 365 000-i ötüb. Bunların 293 879 nəfəri sağalıb, 76 488 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi