ABŞ-da ötən il ölüm sayında rekord qeydə alınıb

ABŞ-da ötən il ölüm sayında rekord qeydə alınıb ABŞ tarixinə 2020-ci il ən ağır il kimi düşüb
Digər ölkələr
11 Mart , 2021 11:05
ABŞ-da ötən il ölüm sayında rekord qeydə alınıb

ABŞ tarixinə 2020-ci il ən ağır il kimi düşüb.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatlarına istinadən yazıb.

Məlumatlara görə, 2020-ci ildə ABŞ-da 3 milyondan çox insan ölüb. Əsas ölüm səbəbləri ürək xəstəlikləri, xərçəng xəstəliyi və təbii ki, koronavirus infeksiyasının səbəb olduğu xəstəlik olub. Eyn zamanda, COVID-19-un ABŞ-da ölüm hallarının 15% artmasına səbəb olduğu qeyd edilib.

Cons Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçib, 529 mindən çox pasiyent ölüb.

Ötən ilin dekabr ayında başlayan vaksinasiya davam edir. Hazırda ABŞ-da təcili peyvəndləmə üçün lisenziyalı üç peyvənd var, bunlardan ikisi iki aşı tələb edir.

Son xəbərlər

Orphus sistemi