ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb Ötən həftənin sonunda ABŞ-da barlarda baş verən atışmalar 10-dan çox insanın həyatına son qoyub, 28 adamın yaralanmasına səbəb olub. Avtomobillərdən açıqlan atəşlər təxminən 20-yə yaxın insanın yaralanması ilə nəticələnib.
Digər ölkələr
19 Oktyabr , 2021 01:34
ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

Ötən həftənin sonunda ABŞ-da barlarda baş verən atışmalar 10-dan çox insanın həyatına son qoyub, 28 adamın yaralanmasına səbəb olub. Avtomobillərdən açıqlan atəşlər təxminən 20-yə yaxın insanın yaralanması ilə nəticələnib.

“Report” xəbər verir ki, bu barədə odlu silahdan istifadə hadisələri ilə bağlı statistik məlumatları toplayan “Gun Violence Archive” portalı xəbər yayıb.

Portalın məlumatlarına görə, həftəsonu əyalətlərdə atışmalar nəticəsində 11 nəfər həyatını itirib.

Qeyd edilir ki, Tennessi ştatında 32 yaşlı kişi pivəxanada davanın gedişatında odlu silahla vurulub. Texasda 4 nəfər barda baş verən davada yaralanıb, onlardan üçü kritik vəziyyətdədir.

Şimal Karolina bir nəfər öldürülüb, daha bir nəfər yaralanıb. Texasda şerifin üç köməkçisi soyğunçuluğa mane olmaq istəyib, amma silahlı pusquya düşüblər. Nəticədə bir asayiş keşikçisi öldürülüb, digərləri ağır xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi