ABŞ-da məktəbdə atışma zamanı ölənlərin sayı artıb

ABŞ-da məktəbdə atışma zamanı ölənlərin sayı artıb ABŞ-da ötən gün məktəbdə baş verən atışma zamanı ölənlərin sayı artıb.
Digər ölkələr
113
1 Dekabr , 2021 22:31
ABŞ-da məktəbdə atışma zamanı ölənlərin sayı artıb
0 : 00
0 : 00

ABŞ-da ötən gün məktəbdə baş verən atışma zamanı ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, 17 yaşlı lisey şagirdi aldığı ağır xəsarətlər nəticəsində bu gün dünyasını dəyişib. Bununla da həlak olanların sayı 4 nəfərə çatıb.

Noyabrın 30-da Oksford şəhərində məktəbdə atışma olub. Yerli polis bildirib ki, 15 yaşlı şagird Oksford məktəbində tapançadan 15-20 dəfə atəş açıb. Saxlanılan zaman yeniyetmənin əlindən silah götürülüb, o, müqavimət göstərməyib.

Hadisə nəticəsində 14-17 yaş arasında olan üç nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi