ABŞ-da onlarla insan batan gəmidən xilas edilib

ABŞ-da onlarla insan batan gəmidən xilas edilib ABŞ-ın Florida ştatının cənub-şərq sahilindən 60 kilometr məsafədə, Atlantik okeanında kruiz laynerinin komandası batmaqda olan gəmidən 24 nəfəri, o cümlədən 2 uşağı xilas edib.
Digər ölkələr
19 Oktyabr , 2020 02:58
 ABŞ-da onlarla insan batan gəmidən xilas edilib

ABŞ-ın Florida ştatının cənub-şərq sahilindən 60 kilometr məsafədə, Atlantik okeanında kruiz laynerinin komandası batmaqda olan gəmidən 24 nəfəri, o cümlədən 2 uşağı xilas edib.

“Report” xəbər verir ki, bu barədə bazar günü ABC telekanalı bildirib.

Gəminin məhz hansı səbəblərdən batması açıqlanmır. Əvvəlcə 24 nəfər “Carnival Cruise Lines” kruiz laynerinə götürülüb. Sonra onları ABŞ-ın Sahil Mühafizəsinin gəmisi qəbul edib.

Martda ABŞ hakimiyyəti koronavirusun yayılmasına görə kruiz gəmilərinin fəaliyyətini və onların sərnişin qəbul etməsini qadağan edib. Hadisə zamanı “Carnival Cruise Lines” laynerində yalnız komanda üzvləri olub.

Son xəbərlər

Orphus sistemi