Yuxarı
    Bağlamaq

    ABŞ-da Obama və Buşun nüfuzu Trampı üstələyib

    Buşun reytinqi ötən illə müqayisədə 59 faizə qədər, Obamanın nüfuzu isə 58 faizdən 63 faizə qədər artıb© Tehnot.com

    Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ-da keçirilmiş yeni rəy sorğularının nəticələrinə əsasən prezident Donald Trampın populyarlığının aşağı düşməsi fonunda ölkənin keçmiş dövlət başçıları - Barak Obama və Corc Buşun reytinqi yüksəlib.

    "Report" xəbər verir ki, bu barədə "The Hill" yazıb.

    "Gallup" təşkilatının yeni sorğusunun nəticəsinə görə, Buşun reytinqi ötən illə müqayisədə 59 faizə qədər, Obamanın nüfuzu isə 58 faizdən 63 faizə qədər artıb.

    Bildirilir ki, son ildə rəyi soruşulanların 41 faizi Buşun prezidentliyini bəyənib. Sorğunun son məlumatlarına görə, hazırda Trampın fəaliyyətini amerikalıların 40 faizi bəyənir.

    Bundan əvvəl məlum olub ki, amerikalıların çoxu Trampın impiçmentini dəstəkləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi