ABŞ-ın Texas ştatında kimyəvi maddələr və neft məhsullarının tədarükü ilə məşğul olan "TPC Group" şirkətinin zavodunda partlayış və onun səbəb olduğu yanğın baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində iki zavod əməkdaşı xəsarət alıb.
Hadisə Cefferson dairəsində baş verib. Dairə Məhkəməsinin hakimi Ceff Branikin bildirdiyinə görə, partlayış dalğasından zavoddan bir neçə kilometr aralıda yerləşən bəzi evlərin şüşələri qırılıb. Hakim zavoddan bir mil məsafədə yaşayan yerli sakinləri imkan daxilində məkanlarını dəyişməyə çağırıb.
Hadisənin digər detalları barədə məlumat verilmir.