Yuxarı
    Bağlamaq

    ABŞ-da nasaz attraksionda qalan 21 nəfər xilas edilib

    Onlar 8 saat 40 metr hündürlükdə qalıblar

    Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ-da attraksionun sınmış kabinasında qalan 21 nəfəri yanğınsöndürənlər xilas edib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının cənubunda “Knott's Berry Farm” əyləncə parkında olub.

    İnformasiyaya əsasən, 40 metr hündürlükdə “Sky Cabin” adlı attraksionda texniki nasazlıq baş verib.

    Hadisə zamanı attraksionda 21 nəfər, o cümlədən 8 uşaq olub. Onlar 8 saat attraksionda qalıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi