Bakı. 6 iyul. REPORT.AZ/ Amerikanın Men ştatında naməlum şəxsin yoldan keçənlərə atəş açması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
"Report" AP-yə istinadən xəbər verir ki, atəş açan şəxs cinayət yerindən qaçıb.
Lakin sonradan geri qayıdaraq daha bir nəfəri yaralayıb. Hadisə yerinə gələn polislər canini güllələyərək zərərsizləşdiriblər.
İnsidentin motivləri məlum deyil. Araşdırma aparılır.