ABŞ-da naməlum şəxs yəhudi bayramında 5 nəfəri bıçaqlayıb

ABŞ-da naməlum şəxs yəhudi bayramında 5 nəfəri bıçaqlayıb Nyu-York ştatının Ramapo şəhərində ötən gün axşam saatlarında naməlum şəxs Hanukkah yəhudi bayramının qeyd olunduğu rabbinin evinə soxularaq 5 nəfəri bıçaqlayıb.
Digər ölkələr
29 dekabr 2019 10:16
ABŞ-da naməlum şəxs yəhudi bayramında 5 nəfəri bıçaqlayıb

Nyu-York ştatının Ramapo şəhərində ötən gün axşam saatlarında naməlum şəxs Hanukkah yəhudi bayramının qeyd olunduğu rabbinin evinə soxularaq 5 nəfəri bıçaqlayıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə zamanı evdə keçirilən bayram mərasimində 100-dək iştirakçının olduğu bildirilir. Hadisədən sonra şübhəli yaxınlıqdakı sinaqoqa girmək istəsə də, kimsə qapını bağlayıb. Ramapo polis rəisi Brad Vaidel mətbuat konfransı zamanı həmin şəxsin tutulduğunu bildirib.

Qeyd edək ki, hadisənin baş verdiyi Rokland qəzası (qraflığı) əhalisinin 30 faizindən çoxunu yəhudilər təşkil etməklə bu faizə görə ABŞ-da birinci yer tutur.

Son xəbərlər

Orphus sistemi