ABŞ-da naməlum şəxs qadını və iki azyaşlını yaralayıb

ABŞ-da naməlum şəxs qadını və iki azyaşlını yaralayıb Yaralılar xəstəxanaya yerləşdiriliblər
Digər ölkələr
5 Sentyabr , 2016 06:11
ABŞ-da naməlum şəxs qadını və iki azyaşlını yaralayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-ın Baltimor şəhərində qadın və 2 azyaşlı güllə yarası alıb.

"Report" "RİA Novosti"yə xəbər verir ki, hadisə küçədə baş verib.

Belə ki, yanında 8 yaşlı oğlan və 4 yaşlı qız olan 60 yaşlı qadın küçədə gedərkən naməlum şəxsin hücumuna məruz qalıb. Onlar ayaqlarından güllə yarası alıblar. 

Hücum etmiş şəxs gizlənməyə müvəffəq olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi