ABŞ-da naməlum şəxs polislərə hücum edib

ABŞ-da naməlum şəxs polislərə hücum edib Asayiş keşikçilərindən biri ağır vəziyyətdədir
Digər ölkələr
16 Sentyabr , 2016 03:47
ABŞ-da naməlum şəxs polislərə hücum edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin mərkəzində naməlum şəxs balta ilə iki polis əməkdaşına hücum edib.

"Report" xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb. 

Məlumata görə, polis əməkdaşları şübhəli şəxsə yaxınlaşmağa çalışıblar. Lakin bu zaman o, asayiş keşikçilərinə baltayla hücum edib.

Nəticədə hər iki polis yaralanıblar. Onlardan biri başından xəsarət alıb. Asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarından biri öz növbəsində hücum edən şəxsi xidməti silahla yaralayıb. 

Hücum etmiş də həmçinin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi