ABŞ-da naməlum şəxs polis əməkdaşlarına atəş açıb

ABŞ-da naməlum şəxs polis əməkdaşlarına atəş açıb Cani cavab atəşi ilə öldürülüb
Digər ölkələr
23 Dekabr , 2017 23:51
ABŞ-da naməlum şəxs polis əməkdaşlarına atəş açıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Amerikanın Harrisberq şəhərində (Pensilvaniya ştatı) Əhməd Aminamin əl-Mofti polis əməkdaşlarına atəş açıb.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, bunu Dofin dairəsinin prokuroru Ed Marsiko deyib.

"O, Kapitol təpəsi yaxınlığında zabitə və xidməti maşında olan ştat polisinə bir neçə atəş açıb", - deyə prokuror bildirib.

Qeyd olunur ki, bu iki hücum arasında təqribən 30 dəqiqə olub.

Cari cavab atəşi ilə zərərsizləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi