ABŞ-da naməlum şəxs "McDonald's"da insanlara atəş açıb

ABŞ-da naməlum şəxs "McDonald's"da insanlara atəş açıb Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının Obern Universiteti yaxınlığında yerləşən McDonald|s restoranında naməlum şəxs insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 4-ü isə yaralanıb.
Digər ölkələr
9 Sentyabr , 2018 15:42
ABŞ-da naməlum şəxs McDonald'sda insanlara atəş açıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının Obern Universiteti yaxınlığında yerləşən "McDonald|s" restoranında naməlum şəxs insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 4-ü isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, polis atışma barədə məlumata yerli vaxtla təqribən səhər saat 2.30-da (Bakı vaxtı ilə 11.30-da) reaksiya verib və hadisə yerində odlu silah yaralarından ölən 20 yaşlı kişinin meyitini aşkar edib. Biri Obern Universitetinin tələbəsi olmaqla, dörd yaralı isə xəstəxanaya yerləşdirilib. Onların arasında 16 yaşlı yeniyetmənin vəziyyəti ağırdır.

"İlkin olaraq məlumat əldə edilib ki, atışmadan əvvəl mübahisə olub",- deyə polisin bəyanatında bildirilir.

Hüquq-mühafizə orqanları şübhəli şəxs haqqında hələ ki, məlumat vermirlər. Universitetin məlumatına görə, həmin şəxs hələ də azadlıqdadır.

Son xəbərlər

Orphus sistemi